Müğənni "Ata sığorta"nı yıxıb-sürüdü: "Küçə qanunları” ilə işləyirlər..." - VİDEO

“Fevralın 10-u avtomobilimi başqa bir maşın əzib. Dövlət Yol Polisi gəlib, sənədləşdirib. Qarşı tərəfin sığortası “Ata Sığorta”dandır. Dəfələrlə ora getmişəm. Növbədə gözləmişəm. Amma işimi həll etməyiblər”. Avtosfer.az xəbər verir ki, bu sözləri müğənni Pərvin Lətifov sosial şəbəkədə video paylaşaraq deyib. Sənətçi “Ata Sığorta” şirkətinin filial rəhbərinin ona qarşı hörmətsizlik etdiyini söyləyib: “Hər dəfə gedəndə 18-20 nəfəri gözləməli oluram. Bu da saatlarla vaxt tələb edir. Axırda dedim ki, rəhbərlə görüşmək istəyirəm. Müdirin adını bilmədim, mühafizəçiyə dedim ki, ona sözümü çatdırsın. Cavab verib ki, yola ver getsin. Zorla otağına girdim, elə bil ki, şirkətin sahibi odur. Nə istəsə edə bilər. Dedi ki, nə istəyirsən? Mən də vəziyyəti başa saldım. Söylədim ki, növbədə oluram, saatlarla vaxtım gedir. Mənə dedi ki, bir az tez gəl. Bu, onun birinci tərbiyəsizliyidir. Problemi aradan qaldırmaq əvəzinə tərbiyəsizlik edir. Sonra deyir ki, gözləyirsən gözlə, gözləmirsənsə, get nə istəyirsən et. Buranın müdiri, sahibi mənəm.
“Ata Sığorta”nın rəhbərliyindən xahiş edirəm. Onsuzda maşınımı düzəltdirirəm, onların puluna ehtiyacım yoxdur. Amma sığortaya pul vermişik, niyə də olmasın? Maşınıma böyük bir zərər dəyməyib. Xahiş edirəm ki, bu adamı ortaya çıxarsınlar. Görək bu qanunla işləyir, ya özünün “küçə qanunları” ilə... Əgər belədirsə, biz də “küçə qanunları”na müvafiq davranaq. İnsanlar nə qədər əziyyət çəkirlər. İşi, xəstəsi, uşağı olanlar gözləyir. Bu da oturub kabinetdə vətəndaşla istədiyi formada danışır. Müəssisənin içərisində nəsə demək olmur. Çalışın ki, sığorta ilə heç bir iş görməyəsiniz. Dövlət qurumlarından kim nəzarət edirsə, xahiş edirəm ki, maraqlansınlar”.
Qeyd edək ki, müğənni yaydığı son videoda məsələnin artıq həll olunduğunu deyib.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












