Müğənni Elton qəza törətdi, hadisə yerindən qaçdı

Məcburi köçkün Əliyev Əzim Cəlal oğlu redaksiyamıza şikayət edərək hüquqlarının pozulduğunu bildirib. Sürücü Ə.Əliyev ona məxsus 10-FB-901 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə 2019-cu il oktyabr ayının 14-də Bakı-Sumqayıt yolunda (Xırdalan qəbiristanlığının yanında) hərəkətdə olarkən, digər "BMW" markalı 90-SJ-111 qeydiyyat nişanlı avtomobilin sürücüsü onun maşınını vuraraq hadisə yerindən yayınıb.
Sürücü iddia edir ki, hadisəni törədən "BMW" markalı avtomobil Azərbaycanın məşhur müğənnisi Elton Hüseynəliyevə məxsusdur və hadisə zamanı da sükan arxasında müğənninin özü olub.
Sürücü yol nəqliyyat hadisəsi barədə DİN-in “102” xidmətinə dərhal məlumat verərək müğənninin hadisə yerindən yayındığını bildirib.Bundan sonra o, Yasamal Rayon Polis İdarəsinə çağırılaraq izahatı alınıb. Qeyd edilib ki, müğənni tez bir zamanda tapılacaq və Ə.Əliyevə dəymiş zərərin əvəzi ödəniləcək.
Hadisə baş verən vaxtdan 8 ay keçməsinə baxmayaraq, təqsirkar müğənni hələ də tapılıb məsuliyyətə cəlb edilməyib.
Sürücü bununla bağlı olaraq Daxili İşlər Nazirliyinin rəhbərliyindən xahiş edir ki, Elton Hüseynəliyev barəsində müvafiq addımlar atılsın.
“MediaPost” məsələ ilə əlaqədar müğənniyə müraciət edib, lakin E.Hüseynəliyev telefon zənglərinə cavab verməyib.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












