Müharibə iştirakçıları üçün psixoloji xidmətlər fəaliyyətə başladı

Gənclər və İdman Nazirliyi nəzdindəki Gənclər evlərində şəhid ailələri üzvləri, müharibə əlilləri, müharibə veteranları və iştirakçıları üçün psixoloji xidmətlər fəaliyyət göstərməyə başlayıb.
Nazirliyin mətbuat xidmətindən Avtosfer.az verilən məlumata görə, Vətən müharibəsindən sonrakı 3 ay ərzində Gənclər evlərinin psixoloqları şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları üçün 203 psixoloji konsultasiya keçirib, 611 şəhid və qazi ailəsini ziyarət edib, onlara mənəvi dəstək göstəriblər.
Eyni zamanda sosial-psixoloji reabilitasiya və məsləhət xidmətlərinin daha səmərəli göstərilməsi üçün psixoloqlara kliniki psixologiya üzrə əlavə təlimlər keçirilib. Bununla əlaqədar Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin mütəxəssisləri Gənclər evlərinin psixoloqları üçün 3 - 5 martda “Hərbi əməliyyatlarda zərər çəkən şəxslərdə yaranmış psixoloji problemlər” adlı təlim keçirilib. Təlimdə Gənclər evlərindən 26 psixoloq iştirak edib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 24 noyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı və İdarələrarası Mərkəz yaradılıb. İdarələrarası Mərkəzin nəzdində, o cümlədən, “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının sosial müdafiəsi üzrə” İşçi Qrup yaradılıb. İşçi Qrupun vəzifələri arasında qeyd olunan kateqoriyalar üçün sosial-psixoloji reabilitasiyanın təşkili də nəzərdə tutulub.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












