Müharibədən sonra 15 mina partlayışı olub, 14 nəfər vəfat edib

Avtosfer.az Trend-ə istinadən bildirir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Mahir Abbasov deyib.
O qeyd edib ki, hadisə nəticəsində 14 nəfər mülki şəxs ölüb, 16 nəfər isə müxtəlif xəsarətlər alıb: "Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan vətəndaşlarına qarşı təcavüzkar müharibə aparılır. Vətən müharibəsi başlanandan indiyə qədər 109 şəxs qəsdən öldürülüb, 470 şəxs zərərçəkmiş şəxs kimi tanınıb. Ümumilikdə, bu vaxta qədər 8 500 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Bunlar həm xəsarət alanlar, həm də mülklərinə ziyan dəymiş şəxslərdir. Mina partlaması nəticəsində xəsarət alanlardan 4 nəfər Minatəmizləmə Agentliyinin üzvləridir".
M.Abbasov bildirib ki, Baş Prokurorluq aidiyyəti qurumlarla birlikdə dəfələrlə işğaldan azad edilən ərazilərə səfər etməməklə bağlı əhaliyə çağırışlar etsələr də, Azərbaycan vətəndaşları səhlənkarlıq edərək həmin ərazilərə gedir və nəticədə minaya düşürlər.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












