"Mümkün qədər avtomobildən istifadə etməyin!" - NİİM-dən XƏBƏRDARLIQ - FOTO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yağışlı və qarlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Edilən xəbərdarlıq, verilən məlumat sizi yol qəzalarından qoruya bilər! Sadəcə diqqətli olmaq və mümkün qədər avtomobildən istifadə etməmək tövsiyə olunur.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən qarşıdakı günlərdə paytaxt ərazisində qar yağacağı, yolların buz bağlayacağı ehtimal edilir. Təbii ki, belə olan halda yol-nəqliyyat hadisələrinin baş verməsi və nəqliyyat sıxlığının yaranması qaçılmazdır.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək bildirir ki, ilk növbədə mümkün qədər şəxsi avtomobildən istifadə edilməsin.
Mərkəzin əməkdaşları tərəfindən 24 saat yollar nəzarətdə saxlanılacaq və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə zərurət olduqda bəzi yollarda sürət həddi endiriləcək, məlumat-sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulacaq.

Yol-hərəkəti iştirakçılarının yollardakı vəziyyətlə bağlı məlumatlandırılması təmin ediləcək. Qəzalar baş verdikdə, texniki nasaz avtomobillər yolda qaldıqda və digər hallarda, dərhal gücləndirilmiş iş rejimində çalışan Mərkəzin əməkdaşları yol polisi ilə birgə tədbirlər görəcək.
Sürücülərdən sürət həddinə əməl etməyi, ara məsafəsi saxlamağı və məlumatlı olmaq üçün NİİM-in sosial şəbəkə hesablarını izləməyi xahiş edirik",- deyə müraciətdə qeyd edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












