Müvəqqəti marşrutdan çıxarılan avtobus niyə xəttə buraxılmır? - VİDEO

Yol təmirsiz olduğu üçün ləğv edilən marşrut xətti 2 ilə yaxındır ki, bərpa edilmir. Avtosfer.az-ın məlumatına görə, söhbət Binəqədi-Biləcəri-Sulutəpə və Memar Əcəmi marşrut xətti üzrə hərəkət edən 170 saylı avtobuslardan gedir. Biləcəri qəsəbəsinin sakinlərinin sözlərinə görə, marşrut xəttinin ləğv edilməsinə səbəb yolların təmirsiz olması olub. Qəsəbədəki yol bir neçə müddətdir təmir edilsə də, marşrut xətti bərpa edilmir. Sakinlər gün ərzində işə, universitetə və məktəbə gedib-gəlməkdə çətinlik çəkdiklərini deyir. Onların istəyi əraziyə yeni avtobusların buraxılmasıdır.
Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, hazırda həmin xəttin yenidən bərpa edilməsi üçün qurum iş aparır. Yaxın vaxtlarda yeni avtobuslar sözügedən marşrut xəttində hərəkət edəcək.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












