Narkotik tərkibli bitkilər becərən Zaqatala sakini saxlanılıb - FOTO

Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş 2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Muğanlı kənd sakini İbrahim Rəsulov saxlanılıb. Ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş 17 ədəd narkotik xassəli çətənə bitkisi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni may ayında öz şəxsi istifadəsi üçün becərdiyini bildirib.
Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO















