Mağazada “patı” gizlədən şəxs TUTULDU

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini Rəcəb Muradov saxlanılıb. Şəxsi axtarış zamanı ondan “patı” kimi tanınan psixotrop maddə - metamfetamin aşkarlanıb.
Keçirilən digər əməliyyat nəticəsində isə Qobustan şəhər sakini Sənan Alkişiyev şübhəli şəxs qismində saxlanılıb. Ona məxsus mağazaya baxış keçirilərkən orada gizlətdiyi metamfetamin və həmin obyektə bitişik yardımçı tikilidən isə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












