Narkotikə görə saxlanılan şəxslərə AĞIR CƏZA

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İbrahim Yolçuyev və Aydın Məlikova hökm oxunub.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, İbrahim Yolçuyev 9 il, Aydın Məlikov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, dövlət ittihamçısı məhkəmədən hər iki təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hər iki təqsirləndirilən şəxs ötən ilin mayında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Onlardan ümumilikdə 2 kiloqramdan artıq heroin götürülüb.
Hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












