Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar daha 2 nəfər tutuldu

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı rayon sakini Nurəddin Abbaslı saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı sellofan bükümlərdə qablaşdırılmış heroin aşkarlanıb. Dindirilmə zamanı N.Abbaslı həmin vasitələri Rəşad adlı şəxsdən əldə etdiyini bildirib. Narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməkdə şübhəli bilinən rayon sakini Rəşad Ağayev də saxlanılıb. Bundan əlavə, sonuncunun rayon ərazisində müvəqqəti olaraq yaşadığı ünvanda tiryəkxana təşkil etdiyi də müəyyən olunub.
R.Ağayevin yaşadığı ünvana keçirilən baxış zamanı sellofan və kağız bükümlərdə qablaşdırılmış müxtəlif çəkilərdə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Həmçinin əməliyyat tədbiri zamanı həmin ünvanda narkotik vasitə qəbul edən iki şəxs də müəyyən edilərək saxlanılıb. Hər iki şəxs dindirilmə zamanı tiryəkxanaya narkotik vasitə qəbul etmək üçün gəldiklərini və pul müqabilində R.Ağayevin onlara şərait yaratdığını bildiriblər.
Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












