Navalnının ölümü ilə bağlı dəhşətli detallar AÇIQLANDI

Rusiyalı müxalifət lideri Aleksey Navalnını 2023-cü ilin avqustundan həbsxanada yavaş-yavaş zəhərləyiblər. Ona qanını qatılaşdıran maddə veriblər. Bununla paralel olaraq həbsxana əməkdaşları işgəncə siyasəti apararaq onu sudan məhrum ediblər.
Rusiya İstintaq Komitəsindəki mənbələr və Navalnının ətrafı iddia edir ki, bu dəhşətli planın təşəbbüskarı adıçəkilən komitənin rəhbəri Aleksandr Bastrıkindir. 2012-ci ildə Navalnının təhqiqatından sonra Bastrıkinin müxalifətçiyə qarşı şəxsi nifrəti yaranıb. Navalnının həbsindən sonra Bastrıkin Rusiya Federal Penitensiar Xidmətinin rəhbəri Arkadi Qostevin dəstəyi ilə Putinə siyasətçinin həbsxanada öldürülməsini təklif edib.
Plana görə, siyasətçi ürək-damar sistemindəki problemlərdən yavaş-yavaş ölməliymiş. Lakin o, fevralın 16-da dünya ictimaiyyətinin kəskin reaksiyasına səbəb olaraq dünyasını dəyişib.
Mərhum siyasətçinin çevrəsindən olan həmsöhbət həbsxanadan mümkün zəhərlənmə ilə bağlı mesajlar çatdırıb. Qanın laxtalanması ilə bağlı məlumat doğrudursa, NV-ə danışan biokimyaçı hesab edir ki, ona həbsxanada işgəncə və su çatışmazlığı rejimi altında qanın qatılaşmasına və qan laxtalanmasına səbəb olan hər hansı bir laxtalanma maddəsi verilə bilərdi. Bu da sonda ölümə gətirib çıxaracaqdı.(unikal)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












