Naxçıvan Baş Gömrük İdarəsi postlarda yaranan sıxlığa aydınlıq gətirdi

Son günlər Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa", "Sədərək" və "Şahtaxtı" dövlət sərhəd-buraxılış məntəqələrində TIR-ların keçidində yenidən sıxlıq yaranıb.
Culfa Gömrük Postunun əməkdaşı Tural Musayev jurnalistlərə açıqlamasında bildirib ki, son günlər Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçən nəqliyyat vasitələrinin sayının artması səbəbindən “Culfa”, “Şahtaxtı” və “Sədərək” dövlət sərhəd-buraxılış məntəqələrində növbələrin yaradılması müşahidə olunur:
"Muxtar respublika ərazisindən tranzit keçən nəqliyyat vasitələrinin sayının kəskin artması Türkiyə Respublikası ilə İran İslam Respublikası arasındakı Gurbulaq-Bəzirgan sərhəd keçid məntəqəsində kilometrlərlə uzanan növbələrin yaranması ilə bağlıdır. Bu səbəbdən daşıyıcı şirkətlər daşımalarını Naxçıvan üzərindən həyata keçirməyə üstünlük verirlər. Sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası ərazisindən nəqliyyat vasitələrinin intensiv və sürətli keçidinin təmin olunması üçün gömrük orqanları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Yaranmış vəziyyətlə bağlı daşıyıcı şirkətlərdən və sürücülərdən anlayışlı olmağı və təmkinli davranmağı xahiş edirik".
Qeyd edək ki, hazırda gömrük orqanları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. (report)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












