Naxçıvanda "Heydər Əliyev kuboku” uğrunda turnir keçirildi - FOTO

Naxçıvanda voleybolçu qızlar arasında “Heydər Əliyev kuboku” uğrunda turnir keçirilib.
Avtosfer.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə mayın 6-dan 10-dək davam edən birincilikdə 8 komanda mübarizə aparıb.
Muxtar respublikanın 100 illik yubileyi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş turnirdə bu gün final oyunu və bağlanış mərasimi baş tutub.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunan həlledici matçda “Naxçıvan” və “Sədərək” komandaları üz-üzə gəliblər. Maraqlı mübarizədə keçən qarşılaşmada sədərəkli voleybolçular 2:0 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olublar. “Naxçıvan” ikinci, “Culfa”nı məğlub edən “Kəngərli” isə üçüncü olub.
Qaliblərə diplom, medal və kubok təqdim olunub. Həmçinin yarışın rəmzi komandasında yer alan voleybolçulara fərdi mükafatlar verilib.
Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, təhsil naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Elxan Nəcəfov, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev və digərləri təqdim ediblər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












