Naxçıvanda sərnişindaşıma və internet xidmətləri ilə bağlı vəziyyət açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 800 ev genişzolaqlı internetlə təmin olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bu dövrdə Babək rayonunun Babək şəhəri, Nehrəm, Cəhri qəsəbələrində, Hacıvar, Qahab, Sirab, Yarımca, Zeynəddin, Şıxmahmud, Güznüt, Ordubad rayonunun Dırnıs və Culfa rayonunun Əbrəqunus kəndlərində sakinlərin internet xidmətlərinə olan tələbatının təmin edilməsi məqsədilə mövcud avadanlıqların internet tutumları artırılıb.
Nazirlik tərəfindən muxtar respublika üzrə həyata keçirilən vətəndaş qəbulunun birinci mərhələsinin yekunlarına dair, bu ilin yanvar-fevral aylarında genişzolaqlı internet (43,2 %), rabitə xidmətləri (5,9 %), nəqliyyat sahəsi (3,4 %), poçt xidmətləri (3,4 %) və digər mövzular (44,1 %) üzrə vətəndaşların müraciətləri dinlənilib.
Bunlarla yanaşı, əhaliyə göstərilən sərnişindaşıma xidməti səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Belə ki,Türkiyə Respublikası ilə sərhədin Sədərək-Dilucu arasındakı hissəsində yeni marşrut təşkil edilib. Həmçinin, Babək rayonunun Araz kəndindən Nehrəm, Babək və Naxçıvan istiqamətinə istismar olunan reyslərin sayı 2 dəfə artırılıb, Naxçıvan-Qahab-Naxışnərgiz marşrutlarının xidmət sahəsi genişləndirilərək kənd sakinlərinin müraciətinə uyğunlaşdırılıb.
Nazirlik tərəfindən yerli bələdiyyə vergilərinin ödənilməsi, eləcə də istehlakçılar tərəfindən sərf olunan qaz, elektrik enerjisi, su, rabitə və internet xidmət haqqlarının nağdsız yolla ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












