Naxçıvandan Bakıya narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb - FOTO

İrandan tranzit keçməklə Naxçıvandan Bakıya gələn Azərbaycan vətəndaşlarından bir kiloqramdan artıq narkotik vasitə aşkar edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, komitənin Biləsuvar Gömrük İdarəsində İrandan tranzit keçməklə Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusda birlikdə sərnişin qismində səfər edən iki nəfər Azərbaycan vətəndaşının üzərində daxil olmuş əməliyyat məlumatı əsasında yoxlama aparılıb.
Yoxlama zamanı onların ayaqqabılarının hər iki tayının içərisində gömrük nəzarətindən gizlədilmiş külli miqdarda, 975 qram psixotrop maddə - metamfetamin və 192,6 qram narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) və 234.4.1, 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama) maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla bir nəfər şəxs cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işinin istintaqı davam etdirilir, cinayətə aidiyyəti olan digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












