Nazir daha bir qadına VƏZİFƏ VERDİ - YENİLƏNİB

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyinatı olub.
Bu barədə Avtosfer.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə xormeyster, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə bu vəzifəyə təyin edilib.
Leyla Muradzadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 2008-ci ildə adı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə gənc istedadların "Qızıl kitabı" na daxil edilib.
O, Bakı Musiqi Akademiyasında xor dirijorluğu üzrə bakalavr və magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib. L.Muradzadə 2023-cü ildə sənətşünaslıq üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.
Uzun müddətdir Azərbaycan Dövlət Uşaq Filarmoniyasında çalışan L.Muradzadə 2012-2017-ci illərdə Azərbaycan Dövlət Xor Kapellasının artisti olub. 2024-cü ildən paralel olaraq Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin aparıcı metodistidir. Ölkəmizdə uşaq və gənclərdən ibarət ilk xor musiqi albomunun müəllifidir.

***
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni direktor təyinatı olub.
Bu barədə Avtosfer.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Leyla Quliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. 2002-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (musiqişünaslıq ixtisası) bakalavr və 2004-cü ildə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.
2004-cü ildə Azərbaycan Milli Konservatoriyasının (AMK) Musiqinin tarixi və nəzəriyyəsi kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. 2008-ci ildə "Cahangir Cahangirov yaradıcılığının üslub xüsusiyyətləri" mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. 2022-ci ildə həmin kafedranın professoru vəzifəsinə seçilib.
O, 2013-2023-cü illərdə AMK-nın İfaçılıq və Musiqi sənəti fakültələrinin dekanı vəzifələrində çalışıb. 2023-cü ildən son təyinatadək konservatoriyadakı İmtahan Mərkəzinin rəhbəridir.
L.Quliyeva "Xarici musiqi tarixi", "Musiqi tarixi", "Müasir musiqi" proqramlarının, bəstəkarlar Azər Rzayev və Həsən Rzayevlə bağlı kitabçaların, "Cahangir Cahangirov" adlı monoqrafiya və digər nəşrlərin müəllifidir.

Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












