Nazir müavini rüsumların artırılmasının səbəbini AÇIQLADI

“Hər bir istiqamət üzrə baxanda dövlət rüsumlarının artırılması zaman müddəti ilə bağlıdır. Gedən prosesləri, həmin dövrdə olan inflyasiyanı, mal və məhsulların bahalaşmasını və digər amilləri nəzərdə alanda bu, texnoloji proseslərə olan dəyişikliklərdir”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
“Məsələn, əvvəlki rüsumlar köhnə pasportlar üçün nəzərdə tutulmuşdu. Yeni pasportlar isə biometrik pasportlardır. Təbii ki, bunun xərci əvvəlki ilə uyğun gəlmir. Yəni onsuz da bu gün bizdə 1 yaşına qədər olan uşaqlara pasportlar maya dəyərindən aşağı qiymətə verilir. Hətta 15 manata qaldıranda da belə bu rəqəm maya dəyərindən aşağı səviyyədədir”, - deyə nazir müavini bildirib.
A. Bayramov qeyd edib ki, rüsumlarda əməliyyatlar üçün həyata keçirilən dövrilik də nəzərə alınacaq: “Məsələn, nikahların bağlanması üçün əvvəlki rüsum 15 il bundan əvvəl müəyyən olunub. Həmin dövrdən sonra kağızın özünün qiyməti, çapı və s. da qalxıb. Bu, normal haldır. İnsanın həyatında 1 dəfə həyata keçirilən əməliyyatdır. Bu baxımdan bu rəqəmlərə baxmaq zəruridir”.
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO












