Nazirlik əhaliyə müraciət etdi - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) meşələrin yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:
“Qarşıdan yay fəslinin gəlməsi ilə əlaqədar havanın temperaturunun tədricən yüksəlməsi fonunda istirahət üçün meşə və meşəətrafı ərazilərə üz tutan vətəndaşların sayında kütləvi artım qeydə alınır. Bu isə müxtəlif səbəblərdən meşələrdə yanğınların baş vermə riskini xeyli artırır.
Belə ki, FHN tərəfindən ötən illər meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların səbəblərinin araşdırmalarının təhlili nəticəsində müəyyən edilib ki, meşə yanğınları əsasən bəzi vətəndaşların ən sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və ya məsuliyyətsiz davranışlarından törənmişdir. Nəzərə almaq lazımdır ki, ən kiçik ehtiyatsızlıq belə meşə sahələri, flora və fauna, ümumilikdə ətraf mühit və son nəticədə cəmiyyət üçün ağır fəsadlarla nəticələnə bilər.
Qeyd olunanları nəzərə alaraq, nazirlik əhaliyə, o cümlədən meşə sahələrinə yaxın ərazilərdə yaşayan, təbiət qoynunda istirahətə yollanan vətəndaşlara müraciət edərək onları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
Belə ki, meşədə tonqal yalnız xüsusi ayrılmış yerlərdə qalanmalı, bunun üçün ağac altı, quru ot və kol-kos, ağac qırıntıları olan ərazi seçilməməli, tonqalın ətrafındakı otlar 0,5-1 metr radiusda təmizlənməlidir. Qalanmış tonqal nəzarətsiz qalmamalı və ərazi tərk edilərkən tam söndürülməlidir. Küləkli havada tonqal qalamaq qadağandır. Unutmaq olmaz ki, tam söndürülməmiş siqaret kötüyü və kibrit çöpünün, şüşə əşyaların və yanar mayelərlə islanmış materialların ətrafa atılması yanğın təhlükəsi yaradır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












