Nazirlik əməkdaşı vətəndaşı dolayıb: Sahil Babayev hara baxır? - VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi barəsində daha bir şikayət redaksiyamıza göndərilib. Təbriz Yusubov adlı oxucu Avtosfer.az">Avtosfer.az-a məlumat verərək bildirib ki, ƏƏSMN-də ona qarşı daha bir qanunsuzluq olub.
Bir müddət öncə prezidentin və nazirin adına yazdığı ərizələrin it-bat olması ilə bağlı məlumat dərc edildikdən sonra nazirlik tərədindən T.Yusubova zəng olunaraq məsələnin araşdırılacağı qeyd olunub. Məsələ ictimailəşəndən sonra 3 ay əvvəl yazılmış ərizələr dərhal tapıldı və aidiyyəti üzrə "Məşğulluq Mərkəzi"nə göndərildi. Həmin vaxt nazirliyin əməkdaşı Zeynalova Aygün vətəndaşa bildirib ki, məktubun təcili araşdılırıb cavablandırılması üçün dərkənar qoyulub.
Bu cavabdan bir müddət sonra T.Yusubov Məşğulluq Mərkəzinə zəng edərək ərizəyə cavab verilməsini tələb edən zaman, onlar dərkənarın qoyulmadığını bildirib. Bundan sonra o, yenidən nazirliyə zəng edərək Zeynalova Aygün adlı əməkdaş tərəfindən məktuba dərkənar qoyulması ilə bağlı verilən məlumatı bildirsə də, nazirlik bunu təkzib edib.
Bütün səs yazıları video şəklində sizə təqdim edilir.
Ümid edirik ki, bu məlumatdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi barədə ciddi tədbirlər görüləcək.
Fərid
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












