Nə asfalt var, nə işıq: Biləcərinin yolları nə zaman düzələcək? - AÇIQLAMA

Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində sakinlər yolların bərbad vəziyyətindən şikayətçidirlər.
Bu barədə vətəndaşların Oxu.Az-ın redaksiyasına göndərdikləri şikayətdə qeyd edilib.
Söhbət Biləcəri qəsəbəsi, Xudadat Məlikaslanov küçəsi, döngə 6 ünvanından gedir. Vətəndaş iddia edir ki, sözügedən ünvanda məhəllələrin yolları keçilməz haldadır:
“Yollarda nə asfalt örtüyü var, nə yol kənarında işıq dirəyi var. Sözün əsl mənasında bu əraziyə baxan bir nəfər şəxs, bir aidiyyəti qurum yoxdur. Dəfələrlə şikayət etmişik, sakinlər arasında imza toplayıb məktub yazmışıq, amma aidiyyəti qurumlardan şikayətimizə baxan olmayıb”.
Mövzu ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən cavab olaraq bildirilib ki, sözügedən ünvanda asfalt örtüyünün yenidən salınması və təmir işləri ilə əlaqədar onlar aidiyyəti qurumlara müraciət ediblər:
“Asfalt örtüyünün bərpası və yenidən qurulması tədbirlər planına uyğun olaraq, mərhələli şəkildə həyata keçiriləcək”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












