Nəqliyyat əlaqələrinin açılması prosesi Bakı ilə İrəvan arasında normallaşmada mühüm rol oynayır - Rusiya XİN

“Azərbaycan, Ermənistan və Rusiyanın üçtərəfli işçi qrupu regionda iqtisadi nəqliyyat əlaqələrinin açılmasına yönəlmiş fəaliyyətini davam etdirir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, proses Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında mühüm rol oynayır və bütün Cənubi Qafqazın tranzit və logistika potensialının açılmasına töhfə verir.
M.Zaxarova qeyd edib ki, 2020-ci ilin payızından bəri üçtərəfli işçi qrupunun 12 iclası keçirilib: “Bu qrup regional logistika infrastrukturunun hazırkı vəziyyətinin qiymətləndirilməsi, dəmir yolu və avtomobil kommunikasiyaları üzrə optimal layihələrin seçilməsi istiqamətində xeyli iş görüb və bunun sayəsində bütün tərəflər üçün faydalı olan paket həllinə yaxınlaşmaq mümkün olub”.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












