Nəqliyyat nazirinin avtomobilinə HÜCUM: qarət etdilər

Cənubi Afrikanın nəqliyyat naziri hərbi silahların olmasına baxmayaraq, mühafizəçiləri ilə birlikdə yolda qarət edilib.
Noyabrın 6-da nazir Sindisiue Çikunqa iki cangüdəni ilə Yohannesburqun cənubundakı magistral yolda hərəkətdə olarkən, onlar hücuma məruz qalıb. Təkərlər deşildiyi üçün nazirin avtomobili dayanmalı olub. Bu zaman cinayətkarlar sərnişinlərin qiymətli əşyalarını soyub. Eyni zamanda hücum edənlər mühafizəçilərin silahlarını alıblar.
Məlumata görə, avtomobildə olanlardan heç biri xəsarət almayıb. Bununla belə, artıq ölkə hakimiyyəti və mediası olayı “görünməmiş hadisə” adlandırıb.
Polis sözçüsü Atland Mathe bildirib ki, quldurlar şəxsi əşyalar və Cənubi Afrika Polis Xidmətinin (SAPS) iki tapançası ilə qaça biliblər. Hazırda cinayətkarlar axtarılır.
Cənubi Afrika uzun müddətdir yüksək cinayət nisbətləri ilə məşhurdur. Tez-tez turistlər üçün ən çox cinayətkar və təhlükəli yerlərdən biri kimi qeyd olunur. Rəsmi statistikaya görə, 2023-cü ilin aprelindən iyun ayına qədər Cənubi Afrikada 62 milyonluq əhali arasında gündə 500-dən çox quldurluq və 70-ə yaxın qətl hadisəsi baş verib. Sakinlər hakimiyyəti təhlükəsizlik təminatlarını təmin etməməkdə ittiham edir və məhkəmə sisteminin səmərəsizliyini vurğulayırlar. (lent.az)
Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ
Xırdalan – Sumqayıt sərnişin qatarlarının hərəkəti BƏRPA OLUNUR - VİDEO
Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
Bakıda nişan və piyada keçidi tıxac yaradır? - VİDEO
“28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir? - VİDEO
10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO










