Nəqliyyat sahəsində “rəqəmsal əkiz”lərin yaradılması müzakirə edilib - FOTO

AYNA və AzTU tərəfindən nəqliyyatla bağlı beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda “Nəqliyyatın planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbir Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Azərbaycan Texniki Universiteti və Özbəkistanın “Transproyekt” məsləhətçi şirkətinin təşkilatçılığı ilə baş tutub.
Konfransda mobillik proqramı və Bakı aqlomerasiyasının nəqliyyat modeli, Azərbaycanda mobillik planlarının hazırlanması təcrübəsi, müxtəlif ölkələrdə ictimai nəqliyyat üçün marşrut şəbəkələrinin planlaşdırılması və nəqliyyat sahəsində “rəqəmsal əkiz”lərin yaradılması mövzuları üzrə məruzələr təqdim olunub.
Azərbaycanla yanaşı, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın nəqliyyat sahəsində fəaliyyət göstərən nazirlik və qurumların nümayəndələri, beynəlxalq məsləhətçi təşkilatların mütəxəssisləri ictimai nəqliyyatın və nəqliyyat modellərinin inkişafı, planlaşdırılması, nəqliyyat sistemlərinin real vaxt rejimində idarə olunması, yol hərəkətinin tənzimlənməsinin optimallaşdırılması mövzularında çıxışlar ediblər.
Qeyd edək ki, ikigünlük tədbirdə nəqliyyat sahəsində ictimai və qeyri-kommersiya təşkilatlarının təmsilçiləri, ali təhsil müəssisələrinin müəllim və tələbə heyətləri iştirak ediblər.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO














