Nəqliyyat Təlim və Tədris Mərkəzinin müəllim heyəti beynəlxalq təlimdə - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Nəqliyyat Təlim və Tədris Mərkəzinin müəllim heyəti “Yol hərəkəti təhlükəsizliyi” təlimində iştirak edir.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, təlimin təşkilatçısı Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Cənubi Qafqazda “Özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramıdır.
6 günlük proqramı Alman Yol Təhlükəsizliyi Komissiyasında akkreditə olunmuş “Hurmoğlu Education and Consultancy – HED Academy”nin (Türkiyə) mütəxəsisləri keçirlər.
Bu təlim logistika və nəqliyyatda kiçik və orta müəssisələrə təcrübələrini artırmaq, yol-nəqliyyat hadisələrinin qarşısını almaq, yol daşımalarında təhlükəsizliyi gücləndirməyə kömək edəcək. İştirakçılar sertifikat əldə etdikdən sonra gələcəkdə təlim mövzularını tədris etmək imkanı qazanacaqlar.
Qeyd edək ki, Nəqliyyat Təlim və Tədris Mərkəzində sürücülük, iş və istirahət rejiminin xüsusiyyətləri, habelə avtomobil nəqliyyatı ilə yüklərin daşınmasını tənzimləyən normativ hüquqi aktlar üzrə də təlimlər keçirilir. Nəqliyyat xidmətləri təqdim edən mərkəzin təhsilə əlçatanlığını artırmaq üçün Gəncə, Şirvan, Lənkəran və Biləsuvarda regional filialları fəaliyyət göstərir.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək











