Nəqliyyat və sənaye işçiləri tətil edir

Finlandiyanın bir sıra həmkarlar ittifaqları sənaye və nəqliyyat sektorunda çalışan işçilərin tətilə başladığını elan ediblər.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.
Məlumata görə, etirazlara səbəb işçilərin iş şəraitindən narazılığı olub. Tətildə UPM, “Metso”, “Nokia”, “Orion”, ABB, “Kone” kimi iri şirkətlərin əməkdaşları, həmçinin “Finnair” aviaşirkətinin pilotları iştirak edəcəklər. Qeyd olunur ki, tətil dalğası fevralın 14-dək davam edəcək.
Xatırladaq ki, 2024-cü ilin mayında Finlandiya parlamenti hökumətin siyasi tətillərin məhdudlaşdırılması təklifini təsdiqləyib. Sənədə əsasən, ölkədə siyasi tətil 24 saatdan, digər tətillər isə iki həftədən çox davam edə bilməz. Bu qanun 2023-cü ilin iyun ayının sonunda vəzifəsinin icrasına başlayan Baş nazir Petteri Orponun hökumət proqramının əsaslarından biri idi. Tətillərin formatına qoyulan məhdudiyyətlər həmkarlar ittifaqlarının aylardır davam edən etirazlarına səbəb olub və Finlandiya iqtisadiyyatı bundan böyük itkilər alıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












