Nəsimi rayonunun icra başçısından şikayət - TİKİNTİ ŞİRKƏTİNİ HİMAYƏ EDİR
Xəbərlər
26 Avqust 2020 16:27

Nəsimi rayonunun sakinləri İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və müavini Qurban İsmayılovdan şikayət edirlər. Rayonun F.Qasımzadə küçəsi, ev 28 ünvanında yaşayan bir qrup sakin Unikal.org-a müraciətində qeyd edib ki, onların yüzə yaxın şikayəti ilə bağlı heç bir tədbir görülmür: “Artıq məcburuq ki, Prezident Administrasiyasının qarşısında kütləvi etiraz aksiyası keçirək.
Bu addımı atmağa bizi vadar edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və müavini Qurban İsmayılovdur. Belə ki, adlarını qeyd etdiyimiz məmurlar cənab Prezident İlham Əliyevin tapşırıqlarına məhəl qoymadan onlara ünvanladığımız yüzə yaxın şikayətimizlə bağlı heç bir tədbir görmürlər. Həmçinin pilot lahiyə üzrə icraçı “Avrasiya Constraction Ltd” MMC-nin rəhbəri Rəfaili müdafiə edirlər.
Şikayətçi olduğumuz tikinti şirkəti tərəfindən Nəsimi bazarının yanında inşa edilən 2-ci binanın memarlıq işçi lahiyəsini bir neçə gün öncə FHN-dən əldə etdik və müəyyən etdik ki, 2-ci binanın 13, 14 və 15-ci mərtəbələrində 5 mənzilin olması memarlıq işçi lahiyədə qeyd edilsə də, hazırda həmin mərtəbələrdə 6 ev yerləşir. Eləcə də xeyli tikinti normaları pozulub. Bu necə olur?
Sakinlərin çoxuna da həmin 2-ci binadan mənzil verilib.
Bildiririk ki, “Avrasiya Contraction Ltd” MMC tərəfindən yaşadığımız mənzillər pilot lahiyə ilə bağlı iki il əvvəl sökülmüşdür. Hər birimizlə ayrı-ayrılıqda müqavilə imzalanarq, hər sakinə 3 otaqlı təmirli mənzillərin verilməsi barədə razılıq əldə edilmişdir.
Həmin mənzillərin eskiz lahiyəsinin surəti iki il əvvəl bizə təqdim ediləndə lahiyədə göstərilmişdir ki, hər bir evin iki balkonu olacaq. Həmin eskiz lahiyənin surəti də şirkətin Orxan adlı işçisi tərəfindən müqavilə bağlananda bizə təqdim edilmişdir. Lakin indi isə eskiz lahiyə saxtalaşdırılmış və hər evdə balkonun biri ləğv edilərək, satışa çıxarılan və sahəsi böyük olan panaraması olan başqa mənzillərə birləşdirilmişdir. Bununla bağlı bizə isə heç bir məlumat verilməyib.
Həmçinin təmir edilən məznillərə alınan tikinti materialların heç birinin rəsmi haradan alınması barədə sənəd yoxdur. Çox ehtimalı ki, bu tikinti şirkəti qara bazardan material alır. Beləliklə, tikinti şirkətinin məsul şəxsləri öz vəzifə səliyyətlərini aşmış, bizi aldatmış və sənədləri saxtalaşdırıb".
Oxunub : 3034
DİGƏR XƏBƏRLƏR
17 Noyabr 2026 20:33
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
17 Noyabr 2026 19:02
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
17 Noyabr 2026 14:00
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
16 Noyabr 2026 22:50
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
16 Noyabr 2026 20:37
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
16 Noyabr 2026 20:05
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
16 Noyabr 2026 18:30
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
16 Noyabr 2026 12:36
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
ŞƏRH YAZ












