Niderlandda bütün qadağalar ləğv olundu

Niderland iyunun 26-dan etibarən koronavirusun yayılmasına qarşı mübarizədə tətbiq olunan bir sıra məhdudiyyətləri ləğv edəcək.
Bu barədə mətbuat konfransında Baş nazir vəzifəsini icra edən Mark Rütte açıqlama verib.
O bildirib ki, insanlar arasında 1,5 metr məsafənin qorunması şərti ilə demək olar ki, hər şeyə icazə veriləcəkdir.
Xüsusilə, evdə qəbul edilən qonaq sayındakı məhdudiyyətlər ləğv ediləcək, mümkün qədər evdə işləmək tövsiyəsi ləğv ediləcək. İnsanlar arasında məsafə qorumaq şərti ilə, kafe, bar və restoranlar gələnlərin sayında mədudiyyət olmayacaq, həvəskar yarışmalar bərpa olunacaq. Üstəlik, 1,5 metr məsafəni qorumağın mümkün olduğu mağazalar və digər qapalı yerlərdə maska taxmaq məcburi olmayacaq. Digər yerlərdə maska taxmaq məcburi olacaq.
İyunun 30-dan ölkədə yenidən kütləvi tədbirlərə icazə veriləcək. Həmin tədbirlərdə iştirak edənlər ya koronavirusla bağlı testin neqativ nəticəsi, ya da vaksinasiya sertifaktını təqdim edəcəklər.
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO












