Nizami rayonunda qanunsuz tikilinin qarşısı alınıb - FOTO

Nizami Rayon İcra Hakimiyyəti Qara Qarayev prospekti, 229 ünvanında qanunsuz tikinti işlərinin aparılması ilə bağlı açıqlama verib.
İH-dən bildirilib ki, mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iki tərəf arasında baş verib:
“Fəaliyyətdə olan ticarət mərkəzinin sahibi özbaşına həmin obyektin yan tərəfinə avtomobil nəqliyyatı üçün nəzərdə tutulmayan və bununla bağlı aidiyyəti qurumların müvafiq icazə sənədi olmayan, yolun inşasına cəhd göstərib.
Eyni zamanda, digər sahibkar öz növbəsində yanında olan boş torpaq sahəsinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin müvafiq çıxarışı əsasında onun xüsusi mülkiyyətində olduğunu bildirərək, digər tərəfin hərəkətlərindən Rayon İcra Hakimiyyətinə şikayət edib.
Tərəfimizdən qanunsuz avtomobil yolunun inşasının qarşısı alınıb. Ərazi və eyni zamanda piyadaların hərəkəti üçün nəzərdə tutulmuş pilləkən və səkinin vəziyyəti nəzarətdə saxlanılır.
Lakin qanunsuz tikinti işləri aparan ticarət obyektinin sahibi yanlış izahat vermək məqsədi ilə öyrədilmiş şəxslərdən müsahibə aldıraraq mətbuata reallığı əks etdirməyən məlumatlar ötürüb və bununla da cəmiyyətdə yanlış fikirlər formalaşdırmağa çalışıb”.
Qeyd edək ki, ərazidə qanunsuz tikinti işlərinin aparılması ilə bağlı məlumat ötən gün yayılmışdı.(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












