Norveçə 3 ədəd yeni F-35 təyyarəsi təhvil verilib

ABŞ-ın “Lockheed Martin” şirkəti Norveçə 3 ədəd yeni F-35 təyyarəsi təhvil verib.
Ordu.az xəbər verir ki, bu barədə Norveç ordusu məlumat yayıb.
Qeyd olunur ki, bu il Norveçə 6 ədəd F-35 tədarük edilməsi planlaşdırılır, növbəti 3 qırıcının ilin sonunadək təhvil veriləcəyi bildirilir.
“Lockheed Martin” və Norveç Hərbi Hava Qüvvələri 50 ildən artıqdır ki, əməkdaşlıq edir. Skandinaviya ölkəsi şirkətin P-3 “Orion”, F-16 “Fighting Falcon”, C-130J “Super Hercules” və F-35 “Lightning II” kimi hava platformalarından istifadə edib.
2008-ci ildə Norveç hökuməti F-16 qırıcılarını əvəz etmək üçün F-35 təyyarələrini almağa qərar verib. Norveç Hərbi Hava Qüvvələri buzlu və sürüşkən eniş zolaqlarına enmə və qalxmanı asanlaşdırmaq üçün qısa uçuş-enmə zolaqlarındam istifadə edən F-35A variantını seçib.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO











