Notariat hərəkətlərinin aparılması ilə bağlı - Qərar

Baş nazir Əli Əsədov “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 48-ci hissəsinin üçüncü-beşinci abzasları müvafiq olaraq dördüncü-altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin on bir aya qədər icarəyə və ya istifadəyə verilməsi ilə bağlı müqavilə notarius tərəfindən “Elektron notariat” informasiya sistemi vasitəsilə həmin torpaq sahəsinə dair qüvvədə olan müqavilə müəyyən edilmədiyi halda təsdiq edilir (müqavilədə torpaq sahəsini icarəyə və ya istifadəyə verənin icarəçiyə və ya istifadəçiyə üçüncü şəxslərin hüquqlarından və ya hər hansı məhdudiyyətdən azad torpaq sahəsini verməsi qeyd edilməlidir)”.
Gültən
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












