Noyabrın 4-də qatarlar adi iş günü rejimində hərəkət edəcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, 4 noyabr şənbə günü olsa da, iş günü hesab olunacaq. Bu səbəbdən sərnişinlərin Bakı metropolitenindən istifadə rahatlığını təmin etmək məqsədilə, noyabrın 4-də Bakı metropoliteninin iş rejimi adi iş günlərinə uyğun təşkil ediləcək. Bütün infrastruktur, o cümlədən qatarların, eskalatorların, digər qurğu və avadanlıqların, eləcə də sərnişinə xidmət sahəsinin iş rejimi iş günlərinin maksimal tələblərinə uyğun qurulacaq.
Avtosfer.az xəbər verir ki, metropolitendə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər müəyyən edildiyindən hərəkət cədvəli bu parametrlərə uyğun təmin ediləcək. Həmin müddətdə "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə təşkil edəcək.
Eyni zamanda iş günü olsa da, texniki cəhətdən bu gün üçün mümkün olan ən optimal hərəkət qrafiki tətbiq edilən gur saatlar istisna olmaqla, günün qalan saatlarında sərnişin axını istqamətləri nəzərdə saxlanılaraq, ehtiyat qatarların operativ qaydada xəttə verilməsinə diqqət yetiriləcək.
Qeyd edilənlərə əsasən, “Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən iş günlərinin hərəkət cədvəlini əsas götürmələri xahiş olunur.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












