Nuran Abdullayev alman siyasətçiyə lokal antiterror tədbirləri barədə həqiqətləri danışıb

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev Köln şəhər bələdiyyəsində Xristian-Demokrat İttifaqı (CDU) fraksiyasının sədri və Xristian-Demokrat İttifaqının İqtisadi Şurasının üzvü Bernd Petelkau ilə görüşüb.
Görüş zamanı Almaniya Azərbaycanlıları Alyansının fəaliyyəti, gələcək əməkdaşlıq və birgə fəaliyyət planları barədə müzakirələr aparılıb. Almaniya-Azərbaycan münasibətləri, diplomatik nümayəndəliklərin və vətəndaş cəmiyyətlərinin bu əlaqələrin möhkəmləndirilməsində və inkişafında rolundan danışılıb.
Azərbaycan icmasının alman mətbuatında ölkəmizlə bağlı uydurma və qərəzli məlumatların dərc olunmasını, Azərbaycanın Qarabağ iqtisadi rayonunda aparılan lokal antiterror tədbirləri barədə birtərəfli reportajların yayımlanmasını pislədikləri vurğulanıb. Bu cür yanlış və əsasssız davranışın müxtəlif müstəvilərdə Azərbaycan-Almaniya münasibətlərinə mənfi təsiri edə biləcəyi, Almaniyanın vətəndaş cəmiyyətinə uğurla inteqrasiya etmiş azərbaycanlı icmaların və şəxslərin mövcud durumdan narahat olduqları və təəssüfləndikləri nəzərə çatdırılıb.
Qarabağ iqtisadi rayonunda lokal antiterror tədbirlərinə zəmin yaradan səbəblər barədə məlumat verilib. Zəngin multikultural dəyərlərə malik Azərbaycanın hər zaman sülh tərəfdarı olduğu, Almaniya rəsmi dairələrinin Azərbaycanın beynəlxalq hüquq çərçivəsində addımlar atması ilə bağlı mövqe açıqlamasının arzulandığı vurğulanıb.
Bernd Petelkau ölkəmizin zəngin milli mədəni irsi haqqında məlumatlı olduğunu bildirib, Almaniyada bu irsin tanınmasının böyük əhəmiyyətini vurğulayıb və bu istiqamətdə də əməkdaşlıq imkanlarından danışıb.
Görüşün sonunda Almaniya Azərbaycanlılar Alyansı adından alman siyasətçisinə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixindən və inkişafından bəhs edən “Şuşanın mirası” kitabı hədiyyə edilib.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq











