“Nurgün Motors”dan növbəti şikayət

Azərbaycanda "Nurgün Motors"un satdığı bir sıra avtomobillərin keyfiyyəti və şirkətin təklif etdiyi xidmətlərin keyfiyyəti ilə bağlı şikayətlərin sayı artmaqdadır. Vətəndaşların ən çox şikayəti isə "Nurgün Motors"un tərkibində olan "Ford Azərbaycan" servis mərkəzlərindəndir.
7News.Az-ın redaksiyasına daxil olan növbəti şikayət də məhz "Nurgün Motors"un tərkibində olan "Ford Azərbaycan" servis mərkəzlərindəndir. Belə ki, müştəri idarə etdiyi "Ford Mustang" markalı avtomobilinin sıradan çıxan detalı üçün servisə müraciət edib. Avtomobilə lazım olan hissənin 1 ay müddətində gələcəyini söz verən servis rəhbərliyi bu vədinə əməl etməyib. Ötən gün verilən müddətin başa çatdığını görən müştəri, servislə əlaqə saxlayıb. Ancaq onun bütün zəngləri cavabsız qalıb. Bu problemin aradan qaldırılması üçün yenidən "Nurgün Motors"a üz tutan müştəri, orada maraqlı cavablarla qarşılaşıb: "1 aydan sonra gələcək. Ama o da dəqiq deyil".
Buradan belə nəticəyə gəlmək olar ki, "Nurgün Motors" dəfələrlə haqqında edilən şikayətlərdən sonra mətbuatda gedən dəluduzluq xəbərlərindən hələ də nəticə çıxarmayaraq müştərilərinin şikayətinə məhəl qoymur. "İstehlakçıların Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Eyyub Hüseynov 7News.Az-a açıqlamasında bildirib ki, bu cür şikayətlərin ardı-arası kəsilmir. Hər gün yeni şikayətlər daxil olur ki, bunlardan bir çoxu da məhz "Nurgün Motors"dandır: "Azərbaycanda bu sahədə ciddi problemlər yaranıb. İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında qanunun tələbinə görə, məhz bu cür hallar yaşandıqda, avtomobilə lazım olan ehtiyyat hissənin gec tapıldığı halda, müəsissə həmin şəxsi avtomobillə təmin etməlidir. Bununla yanaşı, gecikdirilən hər gün üçün, danışılan məbləğin 1%-i ödənilməlidir".
Bu cür problemlərin aradan qaldırılmasının ən yaxşı və hüquqi tərəfdən üsulunun şikayətçinin məhkəməyə müraciət etmək olduğunu bildirən Eyyub Hüseynov, lazım olan təzminatın geri ödənilməsinin tələb edilməsinin mütləq olduğunu da əlavə edib: "Bu ən başlıca amildir. Əgər qarşı tərəf hansısa bir yolnan bu sadalanan hallardan birindən yayınarsa, o cinayət məsuliyyəti daşımış olacaq. Şikayətçi ona vurulan zərərin ödənilməsini tam olaraq tələb etmək hüququna malikdir".
Qeyd edək ki, bundan öncə də "Nurgün Motors"la bağlı onlarla şikayət edilmiş və bir sıra faktlar aşkar olunaraq ictimaiyyətin diqqətinə çatdırılmışdı. Hansı ki, "Nurgün Motors"dan alınan avtomobillərə şirkətin verdiyi 3 illik və ya 100 min kilometrlik yürüş zəmanətinin qüvvədə qalması üçün maşın yalnız "Nurgün Motors"un tərkibində olan "Ford Azərbaycan" servis mərkəzlərində təmir edilməlidir. Burada qiymətlər isə həddindən artıq bahadır. Qəza baş verdiyi halda "Nurgün Qrupa" daxil olan sığorta şirkəti tərəfindən sığortalanmış "Ford" avtomobillərinin də məhz "Nurgün Motors"un tərkibində olan "Ford Azərbaycan" servis mərkəzlərində təmir edilməsi tələb olunur. Bu isə avtomatik olaraq təmirin qiymətinin bir neçə dəfə artması və onun müddətinin uzanmasına gətirib çıxarır.
Belə neqativ halların "Nurgün Motors" servislərində tez-tez baş verməsi artıq onun müştərilərini təngə gətirib.
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi








