“Nurlu Sabah Gənclərə Qayğı” İctimai Birliyi tələbələrlə görüş keçirdi - FOTO

“Nurlu Sabah Gənclərə Qayğı” İctimai Birliyi “Əlil Qadınlar Cəmiyyəti”nin ofisində tələbələrlə görüş keçirib.
Avtosfer.az xəbər verir ki, bu barədə QHT rəhbəri, Əməkdar jurnalist Elnarə Dərziyeva məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Azərbaycan Universitetinin Sosial iş və Filologiya fakültəsinin tələbələrinin iştirak etdiyi tədbirdə məqsəd onlara əlilliyi olan qadın və qızlarla davranış qaydalarını aşılamaq olub.
“Gələcəyin dövlət xidmətlərində çalışacaq olan tələbələrlə maraqlı görüş oldu. Onları maraqlandıran sualları cavanlandırdıq. Əlilliyi olan şəxslərlə davranarkən nələrə diqqət etməli olduqları haqda geniş məlumat verdik”, – E.Dərziyeva bildirib.
Seminara qatılan ali təhsil ocaqlarının əməkdaşlarının mövzu ilə bağlı çıxışları olub, onların hazırladıqları slayd nümayiş etdirilib.
Sonda seminarda iştirak edən tələbələrə “Əlil Qadınlar Cəmiyyəti” ilə “Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyinin üvləri tərəfindən serifikatlar təqdim olunub.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
















