O qədər maşının içində niyə məhz onu evakasiya etmək istədilər? - VİDEO

Bakıda polislər qapısı açıq və işlək halda olan avtomobili evakatorla aparmaq istəyərkən sürücü özünü yetirib. Sürücü Qorxmaz Mustafayev evakuatorda xidmət aparan polisin bu cür qanunsuz əməlindən Avtosfer.az-a şikayət edib. O bildirir ki, Bakının Xocalı prospektində avtomobilini 3.28 nişanının təsir sahəsində saxlayaraq mağazaya girib və çıxanda məlum olub ki,avtomobilini evakuasiya etmək istəyirlər. Qorxmaz həmin vaxt polisə qanunun tələbini izah edərək onların bu qanunsuz hərəkətindən DİN-in rəhbərliyinə şikayət edəcəyini bildirib.
İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsində qeyd olunub ki,dayanma durma qaydasını pozmuş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda duracağa aparılır. Həmin maddənin qeyd hissəndə isə maneə dedikdə nə nəzərdə tutulduğu aydın şəkildə yazılıb.
Qeyd: Bu Məcəllənin 124.5-ci maddəsində “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” dedikdə dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasının tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür.
Videoya diqqətlə baxanda məlum olur ki, həqiqətən də Qorxmaz bəyin avtomobili orada tıxac yaratmır və heç bir piyadaya mane olmur.
Təbriz
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ













