Oğlan keçmiş sevgilisinə hücum edib anasının yanında maşına mindirmək istədi - ANBAAN VİDEO
Xəbərlər
25 Sentyabr 2020 15:23

Sumqayıtda gənc qız keçmiş sevgilisi tərəfindən hücuma məruz qalıb. Bu barədə hücuma məruz qalan 24 yaşlı S.B. baku.ws-ə məlumat verib. Qız bildirib ki, keçmiş sevgilisi tərəfindən təhdid olunur.
O, həmçinin qeyd edib ki, 26 yaşlı Cavid Çingiz oğlu Qəniyev ilə dörd il sevgili olub. Lakin ailələri onların evlənməyinə razı olmayıblar.
Bundan sonra gənc oğlan sevdiyi qıza hədə-qorxu gəlməyə başlayıb, sentyabrın 1-də Sumqayıt şəhəri 6-cı mikrorayonda qıza və anasına hücum edib. Hadisə müşahidə kameralarına düşüb.
Videodan da göründüyü kimi oğlan keçmiş sevgilisinin yaşadığı ünvana gəlib, qızı döyüb. Daha sonra qız və anasının üstüna bıçaq çəkib.
Şikayətçi deyir ki, həmin vaxt Cavid Qəniyev narkotik maddələrin təsiri altında olub.
Hadisə barədə “102” - zəng mərkəzinə şikayət ediblər. Əraziyə polis cəlb olunub və şikayət araşdırılması üçün Sumqayıt şəhər 3-cü polis bölməsinə göndərilib.
Polisin müdaxiləsinə baxmayaraq, Cavid Qəniyev yenə də keçmiş sevgilisini təhdid etməkdə davam edir. O bildirib ki, qızdan əl çəkən deyil. Hər gün qapılarına gedir və onu öldürəcəyi ilə hədələyir.
Cavid Qəniyev deyib ki, qızın üzünə sirkə turşusu atacaq. Yalnız bundan sonra ondan əl çəkəcək.
Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarından baku.ws-ə bildiriblər ki, hazırda məsələ araşdırılır. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək.
Oxunub : 3852
DİGƏR XƏBƏRLƏR
18 Oktyabr 2026 18:49
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
18 Oktyabr 2026 17:45
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
18 Oktyabr 2026 17:27
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18 Oktyabr 2026 15:29
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
18 Oktyabr 2026 14:20
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
17 Oktyabr 2026 16:36
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
17 Oktyabr 2026 15:45
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
16 Oktyabr 2026 19:42
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
16 Oktyabr 2026 16:00
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
15 Oktyabr 2026 22:45
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
15 Oktyabr 2026 18:44
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
15 Oktyabr 2026 18:10
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
ŞƏRH YAZ












