Ölən şəxsin adına cərimə protokolları göndərilir - VİDEO

Dünyasını dəyişsə də adına radara düşmüş avtomobillərin cərimə protokolları gəlir. Avtosfer.az xəbər verir ki, qəribə hadisə Hacıqabul rayonu Qarasu kəndində baş verib. Kənd sakini Şamil Azadovun atasu Əmrah Azadov 2015-ci ildə dünyasını dəyişməsinə baxmayaraq, tez-tez ünvanlarına cərimə protkolları göndərilir. Onun sözlərinə görə, protokolda göstərilən avtomobillər əvvəllər onun atasının adına olsa da, maşınlardan biri 2002-ci ildə, digəri isə 2007-ci ildə satılıb.
Şamil Azadov bidirir ki, atasının ölüm kağızı da var və bu sənədi 2015-ci ildə dövlət orqanlarına təhvil verib. İndi o, bu cərimələrin ona və ailəsinə problem yaradacağından ehtiyat edir.
Baş Dövlət Yol Polis İdarəsinin sözçüsü Rüfət Quliyev isə bildirib ki, sözügedən avtomobillər hələ də dünyasını dəyişmiş şəxs Əmrah Azadovun adınadır və onun verdiyi etibarnamələrin vaxtı bitdiyindən cərimə protokolları da Əmrah Azadovun adına göndərilir. Bunun olmaması üçün həmin şəxsin qohumu, ölüm kağızını Baş Dövlət Yol Polis İdarəsinə göndərməlidir ki, onun adı mərkəzi bazadan çıxarılsın.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











