Ölkədəki xüsusi rejimə əməl etməyən şirkət cəzalandırıldı - VİDEO

Bakı Nəqliyyat Agentliyi xüsusi rejim tətbiq olunduğu zamanda Koroğlu-Zabrat 1 marşrut xətti ilə hərəkət edən 198 saylı avtobuslarda sıxlıq hallarının yaşanması ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülərə aydınlıq gətirib. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən müntəzəm marşrut xətti üzrə sərnişindaşımanın vəziyyəti ilə bağlı Bakı Nəqliyyat Agentliyinə mütəmadi olaraq sərnişinlərdən şikayət daxil olub: “Dəfələrlə xətt üzrə daşıyıcı Qrand Bus şirkətinə edilən xəbərdarlıqlara baxmayaraq görünən mənzərə odur ki, heç bir təsirli tədbir görülməyib.
Bu səbəbdən də bu xətt üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən "Qrand Bus MMC" ilə müvəqqəti istismara dair müqaviləyə xitam verilib. Yaxın günlərdə xətt üzrə sərnişindaşıma fəaliyyəti başqa bir daşıyıcı tərəfindən həyata keçiriləcək.
Təbii ki, bu cür epidemik vəziyyətlərdə hər bir kəs, xüsusilə də, sərnişindaşıma sahəsində çalışanlar məsuliyyətlərini dərk etməli və qoyulan tələblərə mütləq şəkildə əməl etməlidirlər. Bir daha vurğulamaq istəyirəm ki, sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımından qoyulan tələblərə əməl etməyən, işinə laqeyd yanaşan hər bir daşıyıcı bilməlidir ki, onu da eyni aqibət gözləyir”.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












