Omanın aşağı büdcəli aviaşirkəti iyunda Bakıya uçuşlara başlayacaq

Omanın aşağı büdcəli “SalamAir” aviaşirkəti iyun ayında Maskat şəhərindən Bakıya mövsümlük uçuşları bərpa edir. “Report” xəbər verir ki, bunu aviaşirkəıtin baş direktoru (CEO) Əhməd bin Məhəmməd əl Şethani deyib.
Onun sözlərinə görə, “SalamAir” Bakı ilə yanaşı Maskatdan Trabzona və Almatıya mövsümlük uçuşları həyata keçirəcək. Həmçinin iyun ayında aviaşirkət Albaniyanın Tirana şəhərinə də ilk dəfə uçuşlara başlayacaq. “Hazırda “SalamAir” bəzi Ərəb, Asiya və Avropa ölkələrinə, həmçinin daxili uçuşlar həyata keçirir. Hava donanmamızda regionun ən müasir təyyarələri - 13 yeni "Airbus A321neo" və "Airbus A320" sərnişin təyyarələri, eləcə də "Airbus A321" yük təyyarələri var", - Ə.Şethani bildirib.
O xatırladıb ki, 2023-cü ildə “SalamAir” sərnişin daşımalarını 27 % artıraraq 2,7 milyona çatdırıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












