Onkoloji xəstələrin müalicəsinə nə qədər pul xərclənib?

Ötən il dövlət büdcəsindən onkoloji xəstələrin müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsinə xərclənən vəsait açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”ında əksini tapıb.
Hesabatda qeyd edilib ki, onkoloji xəstələrin müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatının ödənilməsi, bu sahənin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün 2024-cü il dövlət büdcəsindən 48,3 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2023-cü ilə nisbətən 1,5 milyon manat və ya 3,2 faiz çox olub.
Həmçinin dərman, sarğı ləvazimatlarının və materiallarının alınması üçün 1,0 milyon manat, onkoloji xəstələrin müalicəsində istifadə olunan 3 yeni şüa avadanlığının və həmin avadanlıqların yerləşdirilməsi məqsədilə xüsusi bunker və köməkçi otaqların tikintisi, istismarda olan şüa və digər avadanlıqların cari təmiri və ehtiyyat hissələrinin alınması üçün dövlət büdcəsinin ehtiyat fondundan 16,8 milyon manat vəsaitin icrası təmin edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












