"Optimal electronics"-in rəhbəri jurnalisti təhqir etdi -SƏS YAZISI

Oxuculardan biri redaksiyamıza müraciət edərək "Optimal Electronics" mağazasında baş verən qanunsuzluğun işıqlandırılmasını xahiş edib.
Avtosfer.az xəbər verir ki, müştəri "Optimal" mağazasının Xırdalan filialından Samsung markalı televizor alıb və sonradan məlum olub ki, televizorun ekranında daxili çat var. Müştəri bildirir ki, mağazada televizora baxan vaxt televizor qoşulu olduğu üçün həmin çat görünməyib. Evə gətirən zaman məlum olub ki, ekranın daxilində çat var. Lakin yenə də televizor qoşulu olan halda həmin çat görünmür. Müştəri səhəri gün televizoru mağazaya gətirərək aldığı malda qüsurun olduğunu bildirsədə mağaza müdiri malı geri qaytarmayıb. Həmin malı mağazada saxlayaraq servisə göndərilməsini və qüsurun necə yarandığını bilmək üçün rəyin alınmasını gözləyiblər. Lakin servis məlumat verərək bildirib ki, guya televizora zədəni müştəri vurub. Bunu isə necə müəyyən etdiklərini heç özləri də bilmir. Məlum məsələdir ki, servis heç zaman maldakı qüsuru öz üzərinə götürməz.
Müştəri onu da qeyd edib ki, televizoru alan vaxt sənədləşmə zamanı aldadılaraq hüquqları kobud şəkildə pozulub. Belə ki, avqustun 11-də mağazada istədiyi televizoru seçəndən sonra televizoru almamışdan qabaq təhvil-təslim aktına imza çəkdiriblər. Lakin televizoru üç gündən sonra təhvil veriblər. Bu isə bir başa qanunsuzluqdur. Müştəri seçdiyi malı almamışdan qabaq ona təhvil verildiyi barədə imza çəkdirə bilməzlər. Çünki, mal üç gündən sonra təhvil verilib.
Bu qanunsuzluq barədə Avtosfer.az-ın əməkdaşı qeyd olunan şirkətin Xırdalan filialına gedərək mağazanın müdiri Tərlan İmamverdiyevin mövqeyini öyrənmək istəyib. Lakin Tərlan bəy əməkdaşımıza qarşı kobudluq edib və heç bir məlumat verməyəcəyini bildirib. Bundan əlavə Tərlan bəy əməkdaşımıza qarşı nəzakətsizlik edərək "Sən" deyə müraciət edib və sonda müştərilərin yanında əməkdaşımıza "Səviyyəsiz" deyərək mağazadan qovub. Qeyd etdiyimiz səs yazısını sizə təqdim edirik.
Təbriz
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
















