Ordubadın Kələntərdizə-Qoşadizə avtomobil yolunda əsaslı təmir-tikinti işləri aparılır - FOTO

Ordubad rayonunun Kələntərdizə-Qoşadizə avtomobil yolunda əsaslı təmir-tikinti işləri davam edir.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, ümumi uzunluğu 11 kilometr olan bu yol 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Hazırda ərazinin təmizlənməsi və hamarlanması işləri həyata keçirilir. Yolun yenidən qurulması nəticəsində vətəndaşların rahat gediş-gəlişi təmin olunacaq.
İki zolaqdan ibarət və hər zolağın eni 3,5 metr olan yolun torpaq hissəsinin eni 8, asfalt hissəsinin eni isə 7 metr təşkil edəcək. Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə mövcud boruların bərpası ilə yanaşı, 138 ədəd metal boru su keçidi quraşdırılacaq. Burada 1 beton su keçidinin tikintisi, həmçinin yolda yerləşən 1 körpünün də əsaslı təmiri nəzərdə tutulur. Bununla yanaşı, avtomobil yolundan yağış və sel sularının kənarlaşdırılması üçün ümumi uzunluğu 6000 metr olan beton su kanalının tikilməsi də planlaşdırılır.
Əsaslı təmir-tikinti işləri yekunlaşdıqdan sonra zəruri yerlərdə yol nişanları, siqnal dirəkləri quraşdırılacaq, yol cizgi və yolgöstərici xətlər çəkiləcək.




Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












