Orduya təkər göndərən gənclərə polislər su və yemək gətirdi; deputat çagırış etdi - FOTO

Şəkillərdə gördüyünüz gəncləri müharibə şəraitində olan Vətənimizdə arxa cəbhənin qəhrəmanları saymaq olar. 35 könüllü gəncimiz çox nəcib işin altına giriblər. Köhnə, işlənilmiş avtomobil təkərlərini yük maşınlarına yükləyib cəbhə xəttinə göndərirlər. Avtosfer.az xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev öz sosal şəbəkə hesabında paylaşıb. O bildirib ki, orada təkərlər qəbul edilir və igid hərbçilərimizin təhlükəsizliyi üçün səngərlərdə və daldalanacaqlarda istifadə olunur.
"Dostlar, bu nəcib iş torpaqlarımızın azad olunması prosesində yüzlərlə döyüşçümüzü yağı düşmənin gülləsindən qoruyacaq. Gənclərdən biri - Nurlan Piriyev bizimlə əlaqə saxlayıb, aksiyaya qoşulmağımızı istədi. Biz də qoşulduq. Dostu Elnur Əliyev bu təşəbbüsün müəllifidir, sosial şəbəkələrdən çağırış edib və tezliklə olublar 35 nəfər. 35 qəhrəman. İsti havada dayanmadan işlərini görür, indiyədək cəbhə bölgəsinə 65 TIR təkər göndəriblər. Onları yemək və su ilə polis əməkdaşlarımız təmin edir. Həkimlərimiz hər gün baş çəkib sağlamlıqları ilə maraqlanırlar. Artıq nə demək olar? Sizin kimi övladları olan Vətən işğal altında qalarmı? Əsla! Dostlar, imkanı olanları gənclərimizə dəstək verməyə səsləyirik. Hər şey Vətən üçün! Hər şey Əsgər üçün! Biz birlikdə güclüyük!".
Elmin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ














