"Ötən il qəzaların sayı 12,8%, hadisələrdə ölənlərin sayı 11,4% azalıb" – VİLAYƏT EYVAZOV

Daxili İşlər Nazirliyində 2024-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, iclasda çıxış edən nazir general-polkovnik Vilayət Eyvazov deyib ki, 2024-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 33.379 cinayət qeydə alınıb, onlardan 87,6%-i açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 327 fakt təşkil edib. Cinayətlərin 94,4%-i və ya 31.526-sı daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olmaqla 90,3%-nin açılması təmin edilib:

“Davam etdirilən profilaktik tədbirlərin nəticəsi olaraq müqayisə edilən dövrə nisbətən 2024-cü ildə qrup halında baş verən cinayətlərin sayında 23,2%, ictimai yerlərdə baş verənlərin sayında 9%, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlərin sayında 8% azalma qeydə alınıb. Ümumi cinayətlər 9,4, ağır və xüsusilə ağır cinayətlər 18,9%, qeyri-aşkar şəraitdə baş verənlər 18,1%, qəsdən adam öldürmələr 9,6, adam öldürməyə cəhdlər 16,9, qəsdən sağlamlığa ağır zərər vurmalar 13,5, xuliqanlıqlar 5, odlu silahın tətbiqi ilə törədilənlər 21, mülkiyyət əleyhinə olanlar 10,4, onlardan avtonəqliyyat vasitələrini qaçırmalar 9,5, habelə yol-nəqliyyat hadisələri 12,8, qəzalarda xəsarət alanların sayı 13,1, ölənlərin sayı 11,4% azalıb”.
Səfər
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












