Ötən il üçün büdcənin gəlir və xərcləri

2024-cü il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabatında qeyd olunub.
Hesabata əsasən, 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 37161,8 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 2,1 faiz çox, dövlət büdcəsinin xərcləri 37713,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 5,1 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 551,8 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 6,1 dəfə az olub.
Dövlət büdcəsinin gəlirlərinin 15808,0 milyon manatı və ya 42,5 faizi vergi orqanlarının xətti ilə, 6648,7 milyon manatı və ya 17,9 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 12781,0 milyon manatı və ya 34,4 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1924,1 milyon manatı və ya 5,2 faizi digər gəlirlər üzrə daxilolmaların (547,9 milyon manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 69,9 milyon manatı məqsədli büdcə fondlarının gəlirlərinin, 37,6 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 250,0 milyon manatı Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığı və 1018,7 milyon manatı sair daxilolmaların) payına düşür.
Hesabat ilində dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 29,9 faiz təşkil etmişdir ki, bu da 2023-cü illə müqayisədə 0,3 faiz-bənd çoxdur.
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO










