Ötən il xaricə birbaşa və tranzit aviareyslərin qiymətləri açıqlanıb

2024-cü ildə Bakıdan xaricə birbaşa aviareyslərin ən yüksək orta qiyməti Qətərin paytaxtı Doha istiqamətində qeydə alınıb.
Avtosfer.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, Azərbaycan paytaxtından Dohaya birbaşa uçmaq 544 avroya, tranzit yolla uçmaq isə 493 avroya başa gəlib.
2-ci yerdə Bəhreynin paytaxtı Manama qərarlaşıb. Bu şəhərə birbaşa və tranzitlə uçuş haqları müvafiq olaraq 506 avro və 334 avro təşkil edib.
Növbəti yeri İngiltərənin paytaxtı London tutub. Bu şəhərə birbaşa uçuş 393 avroya, tranzitlə uçuş isə 538 avroya başa gəlib.
Ötən il Bakıdan tranzit aviareyslərin ən yüksək orta uçuş qiyməti 1 361 avro olmaqla Almaniyanın Frankfurt şəhəri istiqamətində qeydə alınıb.
İlk üçlüyə Çexiyanın paytaxtı Praqa 1 153 avro və Polşanın paytaxtı Varşava 783 avro qiymətlə daxil olub.
Bundan əlavə, Azərbaycandan əsas istiqamətlər üzrə Rusiya, Türkiyə, BƏƏ və Gürcüstana olan uçuş qiymətləri də diqqət çəkib.
Ötən il Rusiyaya birbaşa aviareyslərdə ən yüksək orta qiymət 321 avro ilə Novosibirsk şəhərinə olub. Bu şəhərə tranzit uçuş isə 551 avroya başa gəlib.
Ötən il Türkiyəyə birbaşa aviareyslərdə ən yüksək orta qiymət 159,9 avro ilə İstanbul şəhərinə olub. Bu şəhərə tranzit uçuş isə 391 avroya başa gəlib.
2024-cü ildə BƏƏ-yə ən yüksək orta qiymət Dubaya olub. Bu şəhərə birbaşa uçmaq 227 avroya (- 19,7 % ), tranzitlə 313 avroya ( - 34,1 %) başa gəlib.
Ötən il Gürcüstanın paytaxtı Tbilisiyə isə birbaşa uçmaq 71,2 avroya, tranzitlə uçmaq 296 avroya başa gəlib.
Hesabat nl.schipoltickets.com, kayaq.com və aviasales.az saytlarının araşdırmaları əsasında hazırlanıb.
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO










