Özü “07” sürür, evə “CİP”in cəriməsi gəldi - FOTO

Naxçıvan sakini ona səhvən Bakıdan cərimə protokolu göndərildiyini iddia edib. Avtosfer.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən Mirağa Seyidli bildirib ki, özü 99 NE 085 nömrəli “VAZ 2107” markalı avtomobil idarə edir.
M.Seyidli Bakıda işləyib yaşasa da, Naxçıvanın Ordubad şəhərində qeydiyyatdadır. Yanvarın 12-də onun yaşadığı ünvana poçt vasitəsilə cərimə protokolu göndərilib. Lakin məktub açılanda içində "CİP" çıxıb.
M.Seyidliyə 10 RR 330 nömrəli “Jeep Wrangler” markalı avtomobilin Biləcəri qəsəbəsində radara düşdüyü qeyd olunan protokol göndərilib və orada maşının əsl sahibinin yox, onun ad-soyadı və ev ünvanı qeyd olunub.
Mirağa Seyidli əlavə edib ki, həmin maşını və sahibini tanımır, ona etibarnamə də verilməyib. Həmin gün öz maşını ilə Biləcəriyə də getməyib. Maşının sahibini tapmaq üçün bir neçə dəfə cəhd etsə də, alınmayıb.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polkovnik Rüfət Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu faktla bağlı araşdırma aparılıb: “Yol polisinin Mərkəzi İnformasiya Sisteminə əsasən “Jeep Wrangler” markalı 10 RR 330 nömrəli avtomobil inzibati məsuliyyətə cəlb olunub və maşının sahibi özü cəriməni artıq ödəyib. Məktubun digər şəxsə göndərilməsi texniki xətadır. Bu cərimə vətəndaş Mirağa Seyidlinin üzərində deyil”.


Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












