“Palatka” toylarının keçirilməsinə icazə veriləcək? - AÇIQLAMA

“Sistemdə yalnız Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmiş ictimai iaşə obyektlərin icazə alması nəzərdə tutulub”.
Bu barədə Oxu.Az-a Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) Layihə idarəetmə ofisinin müdiri Aynur Qurbanlı məlumat verib.
Toy mərasimini hər hansı bir ictimai iaşə obyektində deyil, həyətyanı ərazidə etmək istəyən şəxslərin icazələri necə əldə edə biləcəyi ilə bağlı məsələyə aydınlıq gətirən EHİM rəsmisi bildirib ki, bununla əlaqədar suallar aidiyyəti qurumlar tərəfindən cavablandırılmalıdır:
“İcazə üçün sistemdən, yəni “icaze.e-gov.az” portalından Dövlət Vergi Xidmətində qeydiyyatı olan ictimai iaşə obyektləri istifadə edə biləcək. Sistemdə yalnız həmin müəssisələrin icazələrinin alınması və tədbirləri keçirilməsi nəzərdə tutulub. Digər formada həyata keçiriləcək tədbirlərlə bağlı sualları aidiyyəti qurumlar cavablaya bilərlər”.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












