Pandemiya mobil kontent xərclərinin artmasına səbəb olacaq

"COVID-19" koronavirus pandemiyası 2020-ci ildə dünyada mobil kontent üçün xərclərin 28 faiz artmasına səbəb olacaq. Bu barədə "Strategy Analytics" şirkətinin tədqiqatında deyilir.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, koronavirusun yayılması dünyada əksər insanların evdən işləməsinə və təhsil almasına gətirib çıxarıb. Bununla əlaqədar onlar mobil proqram və oyunlardan daha çox istifadə etməyə başlayıblar.
Şirkətin proqnozuna görə, növbəti 5 il ərzində istehlakçı və reklamçılardan əldə edilən ümumi mobil kontent mədaxili 2025-ci ilədək 860 milyard dollara yaxınlaşacaq. Buna səbəb kimi beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən smartfon istifadəçilərinin sayının durmadan artması, "5G" şəbəkələrinin əhatə dairəsinin genişlənməsi, istifadəçilərin isə informasiya, xəbərlər, sosial şəbəkə, videoçarx, oyun və musiqiyə çıxış əldə etmək üçün fərdi qurğulara müraciət etməsi göstərilir.
Tədqiqatçıların proqnozunda qeyd olunur ki, "5G" texnologiyası mobil kontentdən istifadə artdıqca xüsusilə data trafikinə və operatorların gəlirlərinə müsbət təsir göstərəcək, eləcə də istehlakçı və reklamçıların mobil kontent üçün xərclərinin artmasının davam etməsinə xidmət edəcək.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












