Pandemiya ilə əlaqədar əlavə ərzaq ehtiyatı yaradıla bilər? - Açıqlama

Pandemiya ilə əlaqədar Azərbaycanda ərzaq təminatı ilə bağlı problem yoxdur. Bundan sonra da olmayacaq.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimiayyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib.
Dünyanın bir sıra ölkələrində pandemiya ilə əlaqədar əlavə ərzaq ehtiyatının yaradılması üçün işlər görülür. Nazirliyin şöbə müdiri bildirib ki, bu addım həmin ölkələr tərəfindən atılır ki, orada ərzaq tədarükü ilə bağlı hansısa problemlər yarana bilər və ya yaranma riskləri var. Hazırkı dövrdə Azərbaycanda belə bir risk yoxdur:
"Əgər, ehtiyac olarsa, belə bir qərar Nazirlər Kabineti tərəfindən veriləcək. Kənd Təsərrüfatı Nazirliyi bu prosesdə icra edən tərəf olacaq. Hazırda əməkdaşlarımız cəbhəyanı ərazilərə ezam olunub və burada proses axarında irəliləyir. Məhsul yığımı davam edir. Hazırda taxıl səpini prosesi gedir”.
O qeyd edib ki, ölkənin indiyə qədər formalaşmış ehtiyatlarla bağlı, həmçinin, bundan sonra da yarana biləcək rikslərlə bağlı hər hansı bir çətinliyi yoxdur.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












